 |
 |
 |
 |
 |
 |
 |
 |
 |
|
|
|
Diqqət! Rayonumuza dair maraqlı
məqalə, şəkillər, hər hansı bir
məlumat, informasiyaya
sahibsinizsə bizimlə imishli@studio.az
ünvanı vasitəsilə əlaqə saxlayın. |
|
|
|
|
 |
|

İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisininin cənubundan keçir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.

|
 |
 |
Imişli inzibati rayonunun
ətraflı xəritəsi |
Azərbaycan Respublikasınının
xəritəsində İmişli inzibati rayonu |
|
|
|
İnzibati rayon |
|
İmişli rayonu |
|
Əhalisi |
|
108.000 nəfər |
Yüz səkkiz min nəfər |
Ərazisi |
|
1826 km2 (kv. km) |
Min səkkiz yüz iyirmi altı kv. km. |
Bakı — İmişli |
|
250 km |
İki yüz əlli km. |
Yaranma tarixi |
|
1930-cu il |
Min doqquz yüz otuzuncu il |

Ərazi vahidləri |
|
Şəhər — 1
Qəsəbə — 1
Kənd — 48
|
Bir şəhər
Bir qəsəbə
Qırx səkkiz kənd |
Nəqliyyat vasitəsinin kodu |
|

30 |
Otuz |
Şəhərlərarası
telefon kodu |
|

154 |
Yüz əlli dörd |
Poçt Kodu (Mərkəzi PÇ) |
|

AZ3000 |
|
Daha ətraflı İnformasiya bölümündə. |

 |
 |
 |
Rayon sakinlərinin gəzinti yeri |
İmişli Şəkər Zavodu |
|
 |
Daha ətraflı Fotoguşə bölümündə. |
Hal-hazırda İmişli rayonunda 108.000 nəfər əhali yaşayır. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20%-ini işğala məruz qalıb) çixarılmış 50.000-ə yaxın məcburi koçkün yaşayır. Rayon əhalisinin 31.500 nəfərə yaxın İmişli şəhərində, 4.100 nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır. Rayonun 93.000 hektar əkinə yararlı torpaq sahəsi, 62.000 hektar otlaq sahəsi, 31.000 hektar suvarılan torpaq sahəsi ki, 29.000 hektar şum torpaq sahəsi vardır.
İmişli rayonunun mərkəzi İmişli şəhəridir. Əvvəllər kiçik bir kənd olan İmişli rayon mərkəzi olandan sonra sürətlə inkişaf etməyə başladı. O 1944-çı ildə şəhər tipli qəsəbə, 1960-cı ildə şəhər statusu aldı. İmişli şəhəri Araz çayının sol sahilində, Mil düzündədir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 250 kilometr məsafədə yerləşir.

Hazirda rayonda 3 neft-kimya sənayesi, 4 pambıq təmizlənməsi, 2 qum-çınqıl, 6 yeyinti sənayesi zavodu, bir neçə fabrik, keçmiş SSRİ məkanında analoqu olmayan Şəkər istehsalı zavodu fəaliyyət göstərir. İmişlidə 10.000 nəfərlik müasir stadion, 600 yerlik mədəniyyət sarayı, 100.000 kitab bazasına malik mərkəzi kitabxana, qədim antik eksponatları özündə cəmləşdirən tarix-diyarşunaslıq muzeyi, xüsusi arxitekturaya malik şahmat məktəbi, möhtəşəm Vəliyyül-əsr məçidi, Aranda ən böyük ticarət mərkəzi, yüzlərlə fərdi, sosial və inzibati binalar, unikal ağaclarla zəngin parklar, xiyabanlar, Böyük Vətən Müharibəsi, 20 Yanvar, 31 Mart qurbanlarının xatirəsinə ucaldılan abidələr bu gün hər bir imişli sakininin fəxr edə biləcəyi yerlərdəndir. |
|
|
|
|
 |
|